Çexiya Prezidenti xəstəxanaya yerləşdirilib

Dünya

26.08.2020 - 14:14

cedabet dərman SEO Xidməti

Miloş Zeman kreslodan qalxarkən yıxılıb, qolu sınıb

 

Çexiya Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib. AYNA xarici mətbuata istinadən bildirir ki, Prezident  kreslodan qalxarkən büdrəyib və qolu sınıb.

 

“Prezident axşam vaxtı televiziya xəbərlərinə baxırdı. Veriliş bitdikdən sonra o əsanın və cangüdənlərinin yardımı olmadan kreslodan qalxmaq istəyib. Bu zaman büdrəyərək sağ qolunu sındırıb”, - deyə ölkə başçısının Mətbuat Xidmətinin açıqlamasında bildirilib.

 

Xəstəxanaya yerləşdirilən Zeman əməliyyat olunub. Prezidentin xəstəxanada nə qədər qalacağı hələ ki, məlum deyil.

 

Bildirilir ki, Çexiya Prezidenti uzun müddətdir, ayaqların neyropatiyasından əziyyət çəkir. Buna görə də əsadan istifadə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş