Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub
Azərbaycanın Cəlilabad rayonunda zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3,3 olub.
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AYNA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 18:35-də Cəlilabad stansiyasından 20 kilometr qərbdə Cəlilabad rayonunda qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Zəlzələ hiss olunmayıb.