Cəlilabadda ev yanıb

Xəbərlər

02.10.2023 - 08:36

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Cəlilabadda beş otaqlı ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Cəlilabad rayonunun Komanlı kəndində ümumi sahəsi 78 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az