İntiharın səbəbləri hələlik məlum deyil
Cəlilabad rayonunda intihar hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü S.Əzizov özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.