Yaşayış məntəqəsinin və dəmiryol vağzalının atəşə tutulması nəticəsində 25 nəfər həlak olub
“Ukraynanın Dnepropetrovsk vilayətinin Çaplino kəndində xilasetmə və axtarış işləri başa çatıb. Rus işğalçılarının yaşayış sahəsini və dəmiryol vağzalını atəşə tutması nəticəsində 25 nəfər həlak olub”. AYNA xəbər verir ki, bu barədə “Telegram”da Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.
"Çaplino kəndində xilasetmə və axtarış işləri başa çatıb. Yaşayış sahəsinin və dəmiryol vağzalının atəşə tutulması nəticəsində ikisi uşaq olmaqla 25 nəfər həlak olub", - deyə Timoşenko söyləyib.
Ukrayna rəsmisi əlavə edib ki, 11 yaşlı uşaq evin dağıntıları altında, digər 6 yaşlı uşaq isə vağzal yaxınlığında avtomobildə baş verən yanğın zamanı ölüb.
Qeyd edək ki, avqustun 24-də Rusiya ordusu Dnepropetrovsk vilayətindəki Çaplino dəmiryol vağzalına raket zərbəsi endirib.
Gecə yarısı Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində 22 nəfərin öldüyünü, onlardan 5 nəfərin avtomobildə yandığını, evdə olan 11 yaşlı uşağın isə Rusiya raketi ilə vurulduğunu bildirib.
Avqustun 25-i səhər saatlarında ölənlər arasında iki uşağın meyitinin tapıldığı məlum olub.