Cahangir Hacıyevin xanımının işində son nöqtə: <font color=red> Kimsə iflas etdi, kimsə intihar</font>

Maraqlı

23.12.2020 - 19:12

Həkimlər Klinikalar SEO Xidməti

“Məşhur “landromat” işindəki təəccüblü “korluq” göstərir ki, milyarderlər London məhkəməsinin sərtliyindən qorxmayacaqlar”

 

Britaniya Ali Məhkəməsi Londonda yaşayan Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın, onun çirkli pulların yuyulması işinə yenidən baxılması barədə iddiasını rədd edib. Hacıyeva London məhkəməsinin 2018-ci il tarixli, mənşəyi aydın olmayan kapitala qarşı mübarizə qanununa əsasən, əmlakına əl qoyması barədə qərarına etiraz etməyə çalışıb. Bu qanun həmin ilin fevralında qəbul edilib və Hacıyeva lüks həyat tərzi keçirməsi ilə Britaniya hökumətinin diqqətini çəkən ilk əcnəbi olub.

 

BBC-nin verdiyi məlumata görə, Ali Məhkəmənin iddianı təmin etməkdən imtina etməsi bu işə son qoyur və Hacıyevlər ailəsini Britaniyadakı əmlakının tamamilə müsadirə olunması ilə təhdid edir. Üstəlik, bu qərar bir presedent yaradır. Bundan sonra hüquq-mühafizə orqanlarının daşınmaz əmlak alaraq çirkli pulların yuyulmasına qarşı mübarizə aparmaq üçün yeni bir vasitədən - orderdən istifadə etməsi daha asan olacaq. Belə ki, 50 min funt-sterlinq məbləğində mal varlığı olan bir insan bu varlığı qanuni yolla qazandığı pullarla əldə etməsini sübut etməli olacaq.

 

Yeni qanunda deyildiyi kimi, “əsassız sərvət” sahiblərinə heç nə olmayacaq, çünki anlaşılmaz gəlirlə satın alınan əmlakın müsadirəsi onları günahkar etmir. Bu, daha çox sübutun tələb olunduğu cinayət təqibi deyil, yalnız bir istintaq çərçivəsində aparılan mülki prosedurdur. Ancaq səlahiyyətlilər əmri – orderi alan şəxsin əmri icra edərkən onları aldatmağa çalışdığı qənaətinə gələrlərsə, cərimə və iki il həbs cəzası ilə təhdid edərək cinayət işi başlaya bilərlər.

 

Beləliklə, postsovet ölkələri daxil olmaqla, “əliəyri” məmurların Qərbdə özlərini narahat və müdafiəsiz hiss etməmələri üçün ilk addım atılır. Bu cür tədbirlər onları nə dərəcədə ayılda bilir və Londonun bu cür addımlarının onlar üçün ümumi nəticələri nədir?

<img alt="Güllələnmə limiti iki min nəfərə qaldırıldı" "="" data-cke-saved-src="https://cdn2.img.sputnik.az/images/41384/39/413843969.jpg" src="https://cdn2.img.sputnik.az/images/41384/39/413843969.jpg">

AYNA-nın suallarını cavablandıran Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov məsələnin səbəblərinə diqqət çəkib: “Gəlin, London sensasiyasının Bakıda informasiya məkanında elə də güclü hay-küy yaratmamasının səbəbləri barədə düşünək. Çünki “Harrods”-da xərclənən 16 milyon funt sterlinq, Zamirə Hacıyevanın ərinin Azərbaycan Beynəlxalq Bankının prezidenti olarkən oğurladığı 6 milyard funt sterlinqin yalnız cüzi bir hissəsidir. Bakıda, ərinin həbsindən əvvəl də Zamirə Hacıyeva kredit kartı ilə milyonlarla dollar xərcləmişdi və heç kim ona heç nə deməmişdi. Əri tərəfindən təşkil edilən manatın çökməsi səbəbindən müxtəlif bankların 250 min müştərisi borclu qaldı və mühakimə olundu. Kimsə iflas etdi, kimsə intihar etdi”.

 

“Zamirə Hacıyevanın Londonda milyonlar xərcləməsi bu cür nəticələrə səbəb olmadı. Birja titrəmədi, funt sterlinq dəyər itirmədi, iflas edən investorlar etiraz aksiyaları ilə bankları mühasirəyə almadılar. Və hətta, Zamirənin özü də bu alış-veriş üçün heç bir cəza almayacaq - sadəcə mülkiyyətini müsadirə edəcəklər. Bundan da heç bir şey olmayacaq və keçmiş bankir xanımı küçədə dilənmək üçün oturmayacaq”, - müsahibimiz bildirib.

 

“Çox adamda bu uğursuz müştərinin, həm də ərinin bu hadisədən xüsusi böyük bir qorxu ilə çıxmayacağına inamı var. Artıq müttəhimlər kürsüsündə oturan zaman Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev saymazyana şəkildə cəzanın nə qədər sərt olacağının vecinə olmadığını bildirmişdi. Bu, o deməkdir ki, Hacıyev ona verilən bütün müddəti tam olaraq oturacağına inanmır”, - Zeynalov vurğulayıb.

 

Hüquqşünas hesab edir ki, Britaniya femidasının milyardları oğurlayanlara qarşı Azərbaycan femidasından daha yumuşaq davrandığını iddia etmək düzgün olmaz: “Məşhur Azərbaycan “landromat”ını (camaşırxana) xatırlayaq - eyni Böyük Britaniyada qeydiyyatdan keçmiş dörd saxta şirkətin iştirak etdiyi saxta bir sxem. O zaman, ən azı 2,5 milyard avro (2,9 milyard dollar) cəzasız şəkildə yuyulmuşdu, amma Zamirə Hacıyevaya “uşaq məbləği”nə görə bağışlanmadı. Üstəlik, ingilislər Hacıyeva davasını bir presedent olaraq istifadə edərək 50 min funt sterlinqdən çox, yəni keçmiş bankirdən yüzlərlə dəfə az xərcləyənlərin hamısını mühakimə edəcəklərini iddia edirlər”.

 

“Ancaq “landromat” işindəki təəccüblü “korluq” göstərir ki, milyarderlər, hətta, Londondakı məhkəmənin sərtliyindən də ciddi qorxu keçirməyəcəklər. Onlar bankir xanımını Azərbaycana təhvil vermədilər və kiçik bir girov müqabilində həbsdən buraxdılar. Guya ki, onun Azərbaycanda ədalətsiz mühakimə olunacağından qorxurlar. Ancaq əslində, amerikalıların dediyi kimi, “bir dollar oğurlamısınızsa, oğrusunuz, amma bir milyard oğurlamısınızsa, milyardersiniz””, - E.Zeynalov əlavə edib.

Müəllif: Rauf Orucov