Buzlağın sürüşməsi nəticəsində ölənlərdən 9 nəfərin cəsədi çıxarılıb

Dünya

07.02.2021 - 16:53

Ölənlər Tapovan bəndində tunel tikintisində çalışan işçilərdir

 

Hindistanın şimalında yerləşən Uttaraxand əyalətində buzlağın sürüşməsindən sonra xilasedicilər ilk cəsədləri çıxarıblar.

 

AYNA xarici mediaya istinadən bildirir ki, Hindistan-Tibet sərhəd polisi nümayəndələri 9 nəfərin cəsədini çıxarıblar. Ölənlər Tapovan bəndində tunel tikintisində çalışan işçilərdir.

 

Qeyd edək ki, nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək yüksək dağlıq rayonlarda daşqınlara səbəb olub. “Rişiqanqa” Su Elektrik Stansiyasında çalışan 150-dən çox insanın itkin düşdüyü ehtimal edilir.

 

Xilasetmə əməliyyatlarında 100-dək hərbçi və sərhəd polisinin 250 əməkdaşı iştirak edir.

Müəllif: Ayna.az