Bütün uşaqlar koronavirusa qarşı peyvənd olunmalıdırmı?

Aktual

23.05.2021 - 09:15

“Biz şanslıyıq ki, bu epidemiya uşaqlarda ciddi xəstəlik yaratmır”

 

Dünyada uşaqlara COVID-19 peyvəndinin vurulması müzakirə edilir. ABŞ 12-15 yaş arasındakı 600 min uşağa “Pfizer” peyvəndi vurulduğunu açıqlayıb. İngiltərə isə iyul ayının sonuna qədər bütün yetkinlərə ilk peyvənd dozasını verməyi hədəfləyir. Uşaqlara gəlincə, hələ bir qərar verilməyib.

 

AYNA xəbər verir ki, alimlər arasında uşaqlara peyvənd vurulması ilə bağlı müzakirələr davam edir. Fikirlərə görə, uşaqlara peyvənd vurulub-vurulmaması ölkəyə dəyişən qarışıq bir qərardır. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də səsləndirilən fikrə görə, məsələnin mənəvi tərəfi var.

 

Belə ki, bir çox ölkədə risk qrupları və səhiyyə işçiləri peyvənd gözləyərkən, bəzi zəngin ölkələrdə uşaqları peyvəndləmək uyğun deyil. Bir qism fikir sahibləri də peyvəndin yetişkin insanlarla müqayisədə uşaqlara az xeyiri olduğunu söyləyir. İngiltərədəki peyvənd işləri ilə məşğul olan rəsmi heyətdə olan professor Adam Finn “Biz şanslıyıq ki, bu epidemiya uşaqlarda ciddi xəstəlik yaratmır”.

 

COVID-19-a yaşlı insanlarla müqayisədə uşaqlarda mülayim və ya asemptomatik olaraq rast gəlmək ehtimalı çoxdur. Bununla bağlı “Lancet” tibb jurnalında yayımlanan və yeddi ölkəni əhatə edən bir araşdırmaya görə, COVID-19-a tutulan hər bir milyon uşaq üçün ölüm sayı 2 nəfərdən azdır. İngiltərədə mövcud xəstəlikləri ciddi risk yaradacaq uşaqların peyvənd olunması tövsiyə edilir. Lakin qrip üçün istifadə olunan oxşar bir yanaşma var. Belə ki, 2-12 yaş aralığında uşaqlara böyükləri qorumaq üçün burun spreyi verilir.

 

Qeyd olunur ki, peyvəndin virusun yayılmasının qarşısını almaq üçün çox müsbət rolu var. Tədqiqatlar göstərir ki, peyvəndin tək bir dozası belə virusa yoluxma ehtimalını yarıya endirir və həmin şəxs virusa yoluxsa da, başqasını yoluxdurma ehtimalı azdır. Bu baxımdan koronavirusun yayılmasında uşaqların böyük bir rol oynamadığı görünsə də, daha kiçik yaşda olan uşaqlarda vəziyyət dəyişə bilir.

 

Londondakı Gigiyena və Tropik Xəstəliklər Məktəbindən Dr Adam Kucharski “Orta məktəb yaşındakı uşaqlar arasında yoluxmaya dair məlumatlar var. Bu səbəbdən uşaqların peyvəndlənməsi ümumi yoluxmaya təsir edə bilər”, - deyə söyləyib.

 

Bəs uşağa verilməyəcək peyvənd kimin haqqıdır?

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Dr. Tedros Adhanom Ghebreyesus “Zəngin ölkələr uşaqlara və yeniyetmələrə peyvənd verməyi dayandırmalı və peyvəndlərini yoxsul ölkələrlə paylaşmalıdır”, - deyə söyləyib.

 

Edinburqh Universitetinin immunoloqu Prof. Eleanor Riley bunun bağlı danışarkən limitsiz sayda peyvənd olacağı təqdirdə 12 yaşdan yuxarı hər kəsin peyvənd olunmalı olduğunu söyləyib. O əlavə edib ki, amma hazırda bu imkan yoxdur: “Başqa ölkələrdə insanlar öldüyü halda, zəngin ölkələrin vətəndaşı olan uşaqlara peyvənd verməsi siyasi bir qərardır”.

 

Riley deyir ki, digər ölkələrdə insanlar kütləvi şəkildə ölsə də, ölkələrin vətəndaşı olan uşaqlara üstünlük verməsi siyasi bir qərardır.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar