Bu il üçün aparılan pensiya təyinatlarının sayı açıqlanıb

Xəbərlər

30.08.2021 - 11:23

Pensiya təyinatı aparılanların 56,2 faizini kişilər, 43,8 faizini isə qadınlar təşkil edib

 

Bu ilin yanvar-iyul ayları ərzində 16 493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

 

AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

 

Qeyd olunub ki, pensiya təyinatı aparılanların 56,2 %-ni kişilər, 43,8 %-ni isə qadınlar təşkil edib.

Müəllif: Ayna.az