Turnirdə Azərbaycanı üç şahmatçı təmsil edir
Bu gün Şuşada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri başlayır. AYNA xəbər verir ki, açılış mərasimindən sonra sürətli şahmatın üç turu oynanılacaq.
Yarış saat 15:30-da başlayacaq.
Turnirdə Azərbaycanı üç şahmatçı – millimizin üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edir.
Yarışda Nodirbek Abdusattorov (Özbəkistan), Yan Nepomniachtchi (FİDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemiev (FİDE) və Aravind Çitambaram (Hindistan) da iştirak edəcək.
Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir sentyabrın 28-də başa çatacaq.