Bu gün daha 22 ailə Füzuli şəhərinə köçürülüb

Xəbərlər

11.10.2023 - 14:02

cedabet dərman SEO Xidməti

Bu dəfə 59 nəfər Füzuli sakini doğma yurduna qovuşub

İşğaldan azad olunan Füzuliyə sakinlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 22 ailə Füzuliyə çatıb.

AYNA xəbər verir ki, bu gün 22 ailə olmaqla, 59 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş