BŞTİ: 20 məktəbin inkişaf planı hazırlanıb

Xəbərlər

08.06.2022 - 15:18

Həkimlər Klinikalar SEO Xidməti

İnkişaf planları hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən 2021-2022-ci tədris ilində 20 məktəbin inkişaf planı hazırlanıb. Bu barədə AYNA-ya BŞTİ-dən məlumat verilib. 

Bildirilib ki, inkişaf planları hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təlimə Dəstək Mərkəzinin metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş