Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

18.02.2021 - 06:27

Koronavirus can almağa davam edir

 

Böyük Britaniyada son sutka ərzində 12 718 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 071 185 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 738 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 118 933 nəfərə çatıb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar