Britaniyada son sutkada koronavirusdan 292 nəfər həyatını itirib

Dünya

03.11.2021 - 04:21

Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Böyük Britaniyada son sutka ərzində 33 865 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 9 130 857 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 292 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 140 964 nəfərə çatıb.

Müəllif: Ayna.az