Britaniyada son sutkada koronavirusdan 155 nəfər ölüb

Dünya

01.07.2020 - 06:24

İndiyə kimi ölkədə 312 654 koronavirusa yoluxma halı qeydə alınıb

 

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 155 nəfər ölüb.

 

AYNA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 43 730 nəfərə çatıb. 

 

Son 24 saat ərzində daha 689 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 312 654 koronavirusa yoluxma halı qeydə alınıb.

 

Qeyd edək ki, bir gün əvvəl ölkədə ölüm sayı 25, yoluxma sayı isə 815 idi.

Müəllif: Ayna.az