Britaniyada son sutkada koronavirusdan 135 nəfər həyatını itirib

Dünya

24.10.2021 - 06:34

Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb

Böyük Britaniyada son sutka ərzində 44 985 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 734 934 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 135 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 461 nəfərə çatıb.

Müəllif: Ayna.az