Britaniyada son sutkada koronavirusa yoluxanların sayı məlum olub

Dünya

13.11.2020 - 06:38

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə Birləşmiş Krallıqda yoluxan insanların sayı 1,29 milyona çatıb

 

Böyük Britaniyada sutka ərzində aşkar olunan koronavirusa yoluxma hallarının sayı 33,4 min nəfərə çatıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkə hökumətinin məlumat saytında qeyd edilib.

 

Ümumilikdə Birləşmiş Krallıqda yoluxan insanların sayı 1,29 milyona çatıb.

 

Böyük Britaniya ABŞ, Braziliya, Hindistan və Meksikadan sonra dünyada 50 000-dən çox koronavirusdan ölüm halları qeydə alınan beşinci ölkə oldu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş