Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Dünya

20.01.2021 - 04:58

Koronavirusdan ölənlərin sayı sürətlə artır 

 

Böyük Britaniyada son sutka ərzində 1610 nəfər koronavirusdan həyatını itirib. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

 

Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 91 470 nəfərə çatıb.

 

Son sutka ərzində 33 355 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 466 849 nəfər təşkil edir.

Müəllif: Ayna.az