"Britaniya ştammı" artıq 41 ölkədə aşkarlanıb

Dünya

06.01.2021 - 08:42

ÜST koronavirusun yeni ştammı ilə bağlı məlumat yayıb 

 

İlk olaraq İngiltərədə aşkar edilmiş yüksək yoluxuculuğa malik koronavirusun yeni növü artıq 41 ölkədə və ərazidə qeydə alınıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində elan edib.

 

“5 yanvar tarixindən etibarən ilk olaraq Birləşmiş Krallıqda qeydə alınan koronavirusun VOC-202012/01 variantına, az sayda olsa da, 40 əlavə dövlət/ərazi/regionda rast gəlinib”, - məlumatda deyilir.

 

Qeyd olunur ki, ilk məlumatları Cənubi Afrika Respublikasından gələn və “501Y.V2” növü kimi tanınan koronavirus ştammı başqa altı ölkədə/ərazidə/regionda təsbit edildib.

Müəllif: Ayna.az