Diplomat minatəmizləmə işləri ilə tanış olub
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayılda səfərdə olub. AYNA xəbər verir ki, diplomat bu barədə “Twitter“də paylaşım edib.
Səfir “SafeLane Global” şirkətinin düşərgəsini və “Qaya Safety Solutions” şirkətini ziyarət edib və orda həyata keçirilən mühüm mintəmizləmə əməliyyatları ilə tanış olub.
“Mən həm də minaların harda olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum!”, - paylaşımda vurğulanır.