Braziliyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

09.04.2021 - 08:43

Koronavirus can almağa davam edir 

 

Braziliyada son bir gün ərzində daha 82 826 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması, 3 928 nəfərin isə bu virusdan həyatını itirməsi təsdiq edilib.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 13 279 857 nəfər yoluxub, mülaicə alan 345 025 koronaviruslu xəstə ölüb.

 

Həmçinin bu günədək 11 732 193 xəstə müalicə olunaraq sağalsa da, 8 318 nəfərin vəziyyəti ağırdır.

Müəllif: Ayna.az