Braziliyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

13.08.2020 - 09:33

Bu ölkə yoluxma və ölüm saylarına görə ikinci yerdədir 

 

Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 55 min 155  nəfər olub.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 1 175 nəfər ölüb. Bununla ümumi ölüm sayı 104 min 201 nəfərə yüksəlib. Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 164 785 yoluxma aşkar edilib.   

 

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Müəllif: Ayna.az