Braziliyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

10.07.2020 - 05:48

Ötən gün Braziliyada 1 220 nəfər təhlükəli infeksiyadan ölüb

 

Braziliyada koronavirus xəstələrinin sayı son sutkada 42 min nəfərdən çox artıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

 

Nazirliyin məlumatına görə, ötən sutkada COVID-19-a 42 619 yoluxma aşkarlanıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 1 755 779 nəfərə yüksəlib.

 

Ötən gün Braziliyada 1 220 nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının sayı 69 184 nəfərə çatıb.

 

Nazirliyin məlumatına görə, virusa yoluxmuş 1 milyondan çox insan sağalıb. Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb.

Müəllif: Ayna.az