Braziliyada son sutkada koronavirusdan mindən çox adam ölüb

Dünya

09.07.2020 - 04:13

Son gün ərzində 44 571 yoluxma qeydə alınıb

 

Braziliyada koronavirusdan ölənlərin sayı 68 min nəfəri ötüb.

 

AYNA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

 

Məlumatda qeyd edilir ki, ölkədə virusa yoluxma hallarını sayı 1,7 milyonu ötüb.

 

Səhiyyə Nazirliyinin informasiyasına əsasən, son gün ərzində 44 571 yoluxma qeydə alınıb, daha 1 223 insan ölüb.

 

Braziliyada infeksiyaya yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 713 160-a çatıb, COVID-19-dan 67 964 pasiyent ölüb. Bununla yanaşı, 1 020 901 pasiyent sağalıb.

 

Braziliya koronavirusa yoluxanların və virusdan ölənlərin sayına görə dünyada ikinci yeri tutur.

Müəllif: Ayna.az