Braziliyada koronavirusdan ölənlərin sayı 70 mini keçib

Dünya

11.07.2020 - 06:34

Koronavirus xəstələrinin sayı 1 800 827 nəfərə yüksəlib

 

Braziliyada koronavirus xəstələrinin sayı son sutkada 45 min nəfərdən çox artıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Nazirliyin məlumatına görə, ötən sutkada COVID-19-a 45 048 yoluxma aşkarlanıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 1 800 827 nəfərə yüksəlib.

 

Ötən gün Braziliyada 1 214  nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının sayı 70 398 nəfərə çatıb.

 

Nazirliyin məlumatına görə, virusa yoluxmuş 1 milyondan çox insan sağalıb.

 

Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb.

Müəllif: Ayna.az