Braziliyada bir gündə koronavirusa 85 mindən çox yoluxma

Dünya

13.03.2021 - 08:37

Braziliyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir 

 

Braziliya yeni növ koronavirus infeksiyasına yoluxma sayına görə Hindistanı geridə qoyub və yenidən ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

 

Bu barədə AYNA ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

 

Belə ki, son sutka ərzində Braziliyada koronavirusa 85 663 yoluxma qeydə alınıb, onların ümumi sayı 11 363 380-ə yüksəlib. Son 24 saatda 2 216 nəfər koronavirusdan vəfat edib və bu say 275 105-ə çatıb.  

 

10 milyondan çox pasiyent sağalıb, 1 milyondan çox aktiv koronavirus xəstəsi var.

Müəllif: Ayna.az