Yürüşə qatılanlar əllərində üzərinə “Bolsonaro, istefa ver!” şüarları yazılan plakatlar tutublar
Braziliyada minlərlə vətəndaş dövlətin koronavirus pandemiyası dövründə həyata keçirdiyi siyasətə etiraz olaraq etiraz aksiyalarına başlayıb. AYNA xarici mediaya istinadla bildirir ki, etirazçılar böyük şəhərlərdə yürüş edərək Prezident Jair Bolsonaronun istefasını tələb ediblər.
Kütləvi etiraz yürüşləri Rio-de-Janeyro, Sao Paulo və digər bir neçə böyük şəhərlərində həyata keçirilib.
Aksiyaların müxalifət partiyaları və həmkarlar ittifaqları tərəfindən təşkil edildiyi qeyd olunur. Yürüşə qatılanlar əllərində üzərinə “Bolsonaro, istefa ver!” şüarları yazılan plakatlar tutublar.
BBC qeyd edir ki, Braziliya liderinin populyarlıq reytinqi sürətlə aşağı düşür. Ölkə vətəndaşları onun hökumətinin COVID-19 pandemiyasına qarşı mübarizə siyasətindən narazıdırlar.
Qeyd edək ki, bu günə qədər Braziliyada 600 mindən çox insan koronavirusdan ölüb.