Hüqo Şorter Böyük Britaniyanın İrana yeni səfiri təyin olunub
Hüqo Şorter Böyük Britaniyanın İrana yeni səfiri təyin edilib. AYNA xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.
Şorter səfir vəzifəsində Simon Şerkliffi əvəz edib.
Bu təyinatdan əvvəl Şorter Böyük Britaniyanın Livandakı səfiri və Böyük Britaniyanın Əfqanıstandakı müvəqqəti işlər vəkili olub.