Böyük Britaniyanın Əfqanıstandakı hərbi missiyası başa çatıb

Dünya

09.07.2021 - 20:28

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Əfqanıstandakı missiya müddətində 457 ingilis əsgərinin həyatını itirdiyini qeyd edib

 

Böyük Britaniyanın Əfqanıstandakı hərbi missiyası başa çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Boris Conson açıqlama verib.

 

Parlamentin Nümayəndələr Palatasının iclasında Baş nazir bildirib ki, ingilis əsgərlərinin böyük əksəriyyəti Əfqanıstandan çıxarılıb.

 

“Əfqanıstan artıq Əl-Qaidə terror təşkilatı üçün hərbi baza deyil. 20 ildir davam edən təlim düşərgələri ləğv olunub və Əl-Qaidə rəhbərliyi ölkədən çıxarılıb. Bu, həqiqətdir və heç vaxt unutmamalıyıq”, - deyə Conson vurğulayıb.

 

Baş nazir Əfqanıstandakı missiya müddətində 457 ingilis əsgərinin həyatını itirdiyini qeyd edib: “Əsgərlərimiz ölkəni tərk etsə də, Böyük Britaniya Əfqanıstanı hər zaman dəstəkləyir”. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş