Borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılıb

Xəbərlər

06.04.2021 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

Ötən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb

 

Daxili İşlər Nazirliyi (DİN) aprelin 5-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 15 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş