Etirazçılar "irqçi və çevrilişçi" olmaqda günahlandırdıqları Jeanine Anezin istefasını tələb edən şüarlar səsləndiriblər
Boliviyada Evo Moralesin istefa etməsinə baxmayaraq, ölkədə nümayişlər davam etməkdədir.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar bu dəfə parlamentin sədr müavini və hazırkı hökumət başçısı Jeanine Anezin istefasını tələb ediblər.
“Fırıldaqçılıq və orduya təzyiqlər göstərmək”lə hakimiyyəti ələ keçirdiyi iddia edilən Anez etirazçıların qəzəbinə tuş gəlib.
Polisin təzyiqlərinə baxmayaraq, etirazçılar "irqçi və çevrilişçi" olmaqda günahlandırdıqları Jeanine Anezin istefasını tələb edən şüarlar səsləndiriblər.
Qeyd edək ki, Boliviya Baş Qərargah rəisi Villiams Kaliman keçmiş prezident Evo Moralesin istefasını tələb etdikdən sonra Morales istefa etdiyini açıqlamış və Meksikadan siyasi sığınacaq təklifi almışdı.