Boksçumuz Avropa çempionu oldu

İdman

24.03.2022 - 07:46

Həkimlər Klinikalar SEO Xidməti

Nicat Hüseynov Avropa çempionu adını qazanıb

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Qeyd edilib ki, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.

51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş