Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıb

İdman

14.08.2022 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Ərzurumda məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasından AYNA-ya bildiriblər ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha iki idmançısı çıxışını qələbə ilə başa vurub.

Raul Əsədullayev ilkin mərhələdə Miklas Maksimilianla (Slovakiya) qarşılaşıb. 50 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 hesabı ilə məğlub edib.

Səma Hüseynova (54 kq) isə ilk görüşündə gürcüstanlı Məryəm Tçapodzedən güclü olub. O, 5:0 hesabı ilə rəqibinə qalib gəlib.

Əli Baxışov (42 kq), Rza Rzayev (57 kq) və Mədinə Məmmədova (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışın ilk günündə yığmanın 4 üzvü ilkin mərhələ döyüşünü qələbə ilə bitirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş