Azərbaycan Prezidenti Teymur Rəcəbovu təbrik edib

İdman

04.10.2019 - 21:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə təbrik edib

 

AYNA xəbər verir ki, təbrikdə deyilir:

 

Əziz Teymur,

 

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

 

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

 

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm. 

 

Müəllif: Ayna.az