BMT Baş katibindən yoxsulluqla bağlı bədbin proqnoz

Dünya

07.01.2021 - 05:15

Koronavirus pandemiyasının mənfi tendensiyaları artmaqda davam edir

 

“2020-ci ildə son 22 ildə ilk dəfə olaraq yoxsulluğun səviyyəsi qlobal səviyyədə artıb”.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib. O qeyd edib ki, koronavirus pandemiyasının mənfi tendensiyaları artmaqda davam edir:

 

“2020-ci ildə son 22 ildə ilk dəfə olaraq həddindən artıq yoxsulluğun artması müşahidə olundu. Həssas məqamda və qarşıdurmalar fonunda iqtisadi fəaliyyətdəki azalmanın daha 18 milyondan 27 milyonadək insanı yoxsulluğa məruz qoyması gözlənilir”.

Müəllif: Ayna.az