BMT baş katibi İsrail və Fələstinə çağırış edib

Dünya

14.05.2021 - 21:41

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi əməliyyatların humanitar böhrana səbəb ola biləcəyi bildirilib 

 

BMT-nin baş katibi Antoniu Quterreş Fələstini və İsraili döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqində bildirib.

 

"Baş katib bütün tərəfləri Qəzzada və İsraildə döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır", - Dyujarrik deyib.

 

BMT həmçinin İsrail və Fələstini münaqişənin həllində vasitəçilik yardımı göstərmələrinə icazə verməyə çağırıb.

 

Stefan Dyujarrikin sözlərinə görə, hərbi əməliyyatlar təhlükəsizlik böhranı ilə yanaşı, humanitar böhrana da səbəb ola və əlavə olaraq bölgədə ekstremizmin daha da artmasına səbəb ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş