“Bloomberg”in baş direktoru və ailə üzvləri mənzildə ölü tapılıb

Dünya

01.04.2025 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Onların necə öldükləri və ya ölümlərinin cinayət nəticəsində olub-olmaması barədə əlavə məlumat yoxdur

“Home Bloomberg”in baş direktoru Riçard Samarel, həyat yoldaşı və doqquz yaşlı qızı Cənubi Karolinadakı evlərində ölü tapılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.

“Cümə günü “Bloomberg”in rəhbərinin, həyat yoldaşının və kiçik qızının cəsədləri Cənubi Karolinadakı malikanəsində tapılıb. Polis müəmmalı ölümlərlə bağlı araşdırma aparır”, – qeyd olunub.

Ailə üzvlərindən heç biri qonşunun zənginə cavab vermədikdən sonra hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polislər onların cəsədini aşkarlayıblar.

Onların necə öldükləri və ya ölümlərinin cinayət nəticəsində olub-olmaması barədə əlavə məlumat yoxdur.

Cütlük 2009-cu ildən evlidir. 54 yaşlı Samarel agentlikdə top menecer işləyib. Onun 45 yaşlı arvadı isə ABŞ Veteranlarla İş Departamentində çalışan kolumbiyalı mühacir olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş