“Vaşinqton münaqişənin uzunmüddətli həllinə aparan istənilən yolu dəstəkləyəcək”
“Ukraynadakı müharibənin nə vaxt və hansı şəraitdə bitəcəyini Kiyev hakimiyyəti müəyyən etməlidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Cakartada mətbuat konfransında deyib.
“Münaqişənin sona çatması ilə bağlı qərarları Ukrayna verməlidir. Çünki bu, Ukraynanın gələcəyi, xalqı, torpağı, azadlığı ilə bağlıdır”, - deyə Blinken vurğulayıb.
Baş katib deyib ki, Vaşinqton münaqişənin uzunmüddətli həllinə aparan istənilən yolu dəstəkləyəcək.
Blinken həmçinin qyd edib ki, ABŞ hələ də Rusiyanın diplomatiya ilə məşğul olmağa və döyüşləri dayandırmağa hazır olduğuna dair heç bir əlamət görmür.