Birinci ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişib

Xəbərlər

02.05.2025 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib. AYNA.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.

Qərara əsasən, bu tələb ləğv olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş