Bir qəsəbə və 34 kənddə qaz təchizatı dayandırılıb

Xəbərlər

21.10.2021 - 14:53

“Azəriqaz” narahatlığa görə abonentlərdən üzr istəyib

Zərdab rayonunun qaz təchizatı müvəqqəti dayandırıldı. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən verilən məlumata əsasən, traktor “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərini zədələyib.

“Yaranmış güclü qaz sızması səbəbindən bu gün saat 13:00-dan işlər başa çatanadək Zərdab rayonunun (tam olaraq şəhər daxil olmaqla 1 qəsəbə, 34 kəndində) qaz təchizatı dayandırılıb. Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az