Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2313 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1420, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 796 260, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 564, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 325 160, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 251 969 nəfər təşkil edir.