Bir gündə 1300-dən çox şəxs koronavirusa qarşı peyvəndlənib

Xəbərlər

26.08.2022 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1301 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza vaksin vurduranların sayı 738, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 143 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 854 508, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 766, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 080, üç və daha çox doza vaksin vurduranların sayı 3 360 988, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 258 674 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş