Bir ailənin 8 üzvü dəm qazından zəhərlənib

Xəbərlər

09.02.2022 - 08:29

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkənlərə tibbi yardım göstərilib

Bakıda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan qəsəbəsində 1961-ci il təvəllüdlü Müslümov Savalan Bəşir oğlu, 1969-cu il təvəllüdlü Müslümova Zülfiyyə Rəsul qızı, 1999-cu il təvəllüdlü Məmmədova Ülviyyə Savalan qızı, 1993-cü il təvəllüdlü Müslümzadə Aişən Savalan qızı, 2014-cü il təvəllüdlü Hüseynzadə Nigar Emin qızı, 2016-cı il təvəllüdlü Hüseynzadə Zəhra Emin qızı, 2006-cı il təvəllüdlü Hüseynzadə Bəşir Savalan oğlu və 1 yaşlı Məmmədli Nihad Anar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş