Binəqədidə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Xəbərlər

13.11.2023 - 23:32

cedabet dərman SEO Xidməti

Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub

Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AYNA-ya Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş