Xəsarət alanlar var
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun İsmətli kənd sakini, Müqəddəs Babayevin idarə etdiyi VAZ-21011 markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər - Xəyal Əliyev və Tural Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.