Bəzi yerlərdə külək güclənəcək

Xəbərlər

23.11.2024 - 22:30

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi yerlərdə küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir

Azərbaycanın bəzi bölgələrində noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə AYNA-ya Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.

Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş