Bəzi ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb

Xəbərlər

01.04.2022 - 09:40

Həkimlər Klinikalar SEO Xidməti

Bir sıra ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb

Bir sıra ölkələrdə quşqripi xəstəliyi aşkarlandığından həmin ölkələrdən quşçuluq məhsullarının idxalı müvəqqəti məhdudlaşdırılıb. Bu barədə AYNA-ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Cənubi Afrika Respublikasının Qautenq, Şimal-Qərb və İordaniya Haşimi Krallığının Karak əyalətlərində dabaq, Şotlandiyanın Aberdinşir və Rumıniyanın Curcu inzibati ərazi vahidlərində, Kanadanın Ontario, Nepalın Madheş, Filippinin Sultan Qudarat, Bataan və Tarlac əyalətlərində, Albaniyanın Korça və Fier vilayətlərində, Fransanın Bretan regionunda, Amerika Birləşmiş Ştatlarının Kanzas və Viskonsin ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Qautenq, Şimal-Qərb və İordaniya Haşimi Krallığının Karak əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Şotlandiyanın Aberdinşir və Rumıniyanın Curcu inzibati ərazi vahidlərindən, Kanadanın Ontario, Nepal Federativ Demokratik Respublikasının Madheş, Filippinin Sultan Qudarat, Bataan və Tarlac əyalətlərindən, Albaniyanın Korça və Fier vilayətlərindən, Fransa Respublikasının Bretan regionundan, Amerika Birləşmiş Ştatlarının Kanzas və Viskonsin ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Cənubi Afrika Respublikasından, İordaniya Haşimi Krallığından, Kanadadan, Fransa Respublikasından, Rumıniyadan, Amerika Birləşmiş Ştatlarından, Şotlandiyadan, Filippin Respublikasından, Nepal Federativ Demokratik Respublikasından və Albaniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş