Bəzi ərazilərdə içməli su məhdudiyyətlə veriləcək

Xəbərlər

20.06.2023 - 15:54

cedabet dərman SEO Xidməti

Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Azərbaycanda bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək

Bu barədə AYNA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

"Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik", - deyə agentlik bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş