Beyrutda fövqəladə rejim daha 1 ay müddətinə uzadılıb

Dünya

18.08.2020 - 11:51

Livan hökuməti fövqəladə vəziyyətin sentyabrın 18-dək davam edəcəyi qərarı verib

 

Beyrut dəniz limanında baş vermiş partlayışla əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejimini daha 30 gün uzadılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livan hökuməti qərar qəbul edib.

 

Nazirlər Şurasının baş katibi Mahmud Məkkiyi deyib ki, fövqəladə vəziyyət rejiminin sentyabrın 18-dək davam edəcəyi qərara alınıb.

 

Qeyd edək ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 178 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

Müəllif: Ayna.az