Rafael Qrossi İrana səfərə gəlib
Fevralın 21-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın paytaxtı Tehrana səfərə gəlib. AYNA xarici mediaya istinadən xəbər verir ki, R.Qrossi İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və digər rəsmi şəxslərlə görüşərək, rəsmi Tehranın nüvə proqramı çərçivəsində həyata keçirdiyi işlərlə tanış olacaq.
Qeyd edək ki, ABŞ-da yeni Prezident seçilən Co Bayden administrasiyası İranla danışıqları davam etdirmək istəyində olduğunu bildirib. İran isə danışıqların yalnız sanksiyalar aradan qalxdıqdan sonra mümkün olacağını bəyan edib.